İran nüvə obyektlərini yoxlamaq üçün MAQATE müfəttişlərini seçəcək

Dünya

15.09.2025 - 16:19

Bu, Tehranla agentlik arasında yeni əməkdaşlıq sazişində nəzərdə tutulub

İran və MAQATE arasında yeni əməkdaşlıq sazişi Tehrana İranın nüvə obyektlərini təftiş edəcək agentlik işçilərini seçmək hüququ verir. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə İran Məclisinin komitə rəhbəri Müctəba Zarei deyib.

Onun sözlərinə görə, müfəttişlərin seçimi ilə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası məşğul olacaq.

Sentyabrın 9-da İran və MAQATE Misirdə İsrail və ABŞ-ın iyun hücumlarından sonra dayandırılmış əməkdaşlığın bərpasına dair saziş imzalayıb. Bu, Agentlik müfəttişlərinin İslam Respublikasındakı nüvə obyektlərinə çıxışını nəzərdə tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş