İran Baş Qərargah rəisi: “Düşmənin istənilən hərəkətinə cavab verməyə hazırıq”

Dünya

06.02.2026 - 09:03

"İran bütün texniki aspektlərdə ballistik raketlərini modernləşdirməklə çəkindirmə gücünü artırıb”

İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket şəhərciyinə səfəri zamanı İranın bütün texniki aspektlərdə ballistik raketlərini modernləşdirməklə çəkindirmə gücünü artırdığını bildirib. Bu barədə AYNA.AZ İRNA-ya istinadən bildirir.

Musəvi qeyd edib ki, "İran bütün texniki aspektlərdə ballistik raketlərini modernləşdirməklə çəkindirmə gücünü artırıb. Düşmənin istənilən hərəkətinə cavab verməyə hazırıq."

O əlavə edib ki, 12 günlük müharibədən sonra İran hərbi doktrinasını müdafiədən hücuma dəyişib.

Musəvi bildirib ki, "12 günlük müharibədən sonra hərbi doktrinamızı müdafiədən hücuma dəyişdik, asimmetrik müharibə siyasəti və düşmənə sarsıdıcı cavab siyasəti qəbul etdik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş