Baş nazir Əli Əsədov qərar imzalayıb
Nazirlər Kabineti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edib.
AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın 3.3-cü bəndinə “gəlirlər” sözündən sonra “(Azərbaycan Respublikasının hüdudlarından kənardakı mənbələrdən daxil olan gəlirlər istisna olmaqla)” sözləri əlavə edilir.