Artem Uss İtaliyada həbsdən qaçdığı üçün axtarışa verilib
İnterpol ev dustaqlığından qaçan rusiyalı iş adamı, Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Ussun oğlu Artem Ussu axtarışa verib. AYNA bildirir ki, bu barədə “RİA Novosti” İtaliyanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"O, artıq İnterpolun axtarışındadır", - İtaliya hüquq-mühafizə orqanları bildirib.
Bundan əvvəl Krasnoyarsk qubernatoru Aleksandr Uss ev dustaqlığından qaçan oğlu Artem Ussun ölkəyə qayıtdığını təsdiqləyib. Onun sözlərinə görə, qayıdışının hansı şəraitdə olması barədə oğlu özü mətbuata məlumat verəcək.
Sahibkar ötən il oktyabrın 17-də ABŞ-ın tələbi ilə İtaliyada saxlanılıb. O və daha beş Rusiya vətəndaşı sanksiyalardan yayınma və son Rusiya və Çin istehlakçıları üçün sanksiya tətbiq edilmiş PDVSA şirkətinə neft satmaqla çirkli pulların yuyulmasında ittiham olunur. Martın 23-də Artem Uss elektron qolbağını kəsərək ev dustaqlığından qaçıb.