İngiltərənin keçmiş futbolçusu həbs olunub

İdman

30.05.2026 - 22:09

Rahim Sterlinq narkotik istifadəsində ittiham edilir

İngiltərə millisinin keçmiş futbolçusu Rahim Sterlinq narkotik istifadəsində təqsirli bilinərək saxlanılıb. AYNA.AZ "The Sun" qəzetinə istinadən bildirir ki, 31 yaşlı oyunçu avtomobillə maneələrə çırpıldıqdan sonra saxlanılıb.

Qəzanın baş verdiyi Hempşir polisinin açıqlamasında deyilir: "Sürücü narkotik maddə qəbul etməkdə, avtomobili təhlükəli sürməkdə, narkotik maddə saxlamaqda və tibbi müayinədən keçməkdən imtina etməkdə şübhəli bilinərək həbs olunub. O girov müqabilində azadlığa buraxılıb və araşdırmalar davam edir".

Sterling "Lamborghini" markalı avtomobil idarə edirmiş. Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, futbolçu hazırda "Feyenoord"da oynayır. O 2025/2026 mövsümündə Hollandiya klubunda səkkiz oyun keçirib və qol vurmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş