Premyer Liqada koronavirusa 5 yeni yoluxma

İdman

13.10.2020 - 03:26

Həmin şəxlərin hansı klubdan olması və kim olduqları açıqlanmayıb

 

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən götürülən sonuncu koronavirus testlərinin nəticələri açıqlanıb.

 

AYNA xəbər verir ki, geridə qalan həftə ərzində elita təmsilçilərində koronavirusa 5 yoluxma faktı qeydə alınıb.

 

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə 5-11 oktyabr aralığında 1128 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 5 nəfərdə yoluxma qeydə alındığı diqqətə çatdırılıb.

 

Həmin şəxlərin hansı klubdan olması və kim olduqları açıqlanmayıb. Qaydalara əsasən, onların hamısı 10 günlük karantinə alınıb.

Müəllif: Ayna.az