İndoneziyada vulkan püskürməsində ölənlərin sayı artıb

Dünya

07.12.2023 - 03:06

Hazırda vulkanda aktivlik davam edir

İndoneziyada 2 dekabrda vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.

AYNA xəbər verir ki, Marapi vulkanı yaxınlığında itkin düşən sonuncu turistin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 23 nəfərə çatıb.

Xilasetmə xidməti bildirir ki, dəstənin qalan üzvləri – 52 nəfər təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılıb.

Hazırda vulkanda aktivlik davam edir. 3 gün ərzində 5 güclü püskürmə qeydə alınıb.

Müəllif: Ayna.az