İndiyədək qayda pozuntuları ilə bağlı MSK-ya məlumat daxil olmayıb

Xəbərlər

01.09.2024 - 15:44

cedabet dərman SEO Xidməti

“MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub”

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.

AYNA xəbər verir ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkisinə böyük maraq var: "Seçkini 112 mindən çox yerli, 598 xarici müşahidəçi izləyir. İndiyədək MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub".

Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş