İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək

Xəbərlər

21.12.2024 - 19:36

Həkimlər Klinikalar SEO Xidməti

Qaz təchizatı saat 14:00-dan etibarən işlər yekunlaşanadək məhdudlaşdırılacaq

İmişli rayonunun iki yaşayış məntəqəsində qaz kəsiləcək. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi məqsədilə yeni çəkilmiş qaz kəmərinin təbii qaz təchizatı mənbəyinə qoşulması ilə əlaqədar olaraq, 23 dekabr saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndində (ümumi 1467 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş