İlon Mask: “Putinin Ukraynada uduzması mümkün deyil”

Dünya

13.02.2024 - 16:53

cedabet dərman SEO Xidməti

Milyarder Rusiya Prezidentinin tərəfdarı olmaqla bağlı fikirləri “absurd” adlandırıb

Amerikalı iş adamı və “X” (keçmiş Twitter) sosial şəbəkəsinin yaradıcısı İlon Mask ABŞ-ın respublikaçı senatorlarına bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə “heç bir halda uduzmayacaq”. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“X” sosial şəbəkə platformasının bir hissəsi olan “X Spaces” forumunda müzakirə zamanı senator Ron Conson qeyd edib ki, Ukraynanın qələbəsinə inanan hər kəs “xəyal aləmində yaşayır”. Mask onu dəstəkləyib və Ukraynaya hərbi dəstəyə qarşı çıxıb.

Mask əlavə edib ki, Ukraynada “Putinin uduzması mümkün deyil”. Milyarder Rusiya Prezidentinin tərəfdarı olmaqla bağlı fikirləri “absurd” adlandırıb.

Qeyd edək ki, daha əvvəl Mask ABŞ-dan Ukraynaya yardımın ayrılması ilə bağlı qanun layihəsini mənasız adlandırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş