İliana Yotova Bolqarıstan Prezidenti oldu

Dünya

23.01.2026 - 18:47

Konstitusiya Məhkəməsi Prezident Rumen Radevin istefasını təsdiqləyib

Bolqarıstan Konstitusiya Məhkəməsi Prezident Rumen Radevin istefasını rəsmi olaraq təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, məhkəmənin qərarına əsasən, onun səlahiyyət müddəti 23 yanvar 2026-cı ildə vaxtından əvvəl başa çatır.

Bolqarıstan Konstitusiya Məhkəməsi prezident Rumen Radevin istefasını rəsmi olaraq təsdiqləyib.

Konstitusiyaya uyğun olaraq, vitse-prezident İliana Yotova avtomatik olaraq prezidentlik vəzifəsini icra etməyə başlayıb. O Bolqarıstan tarixində prezidentlik vəzifəsini tutan ilk qadın olub.

Radevin istefası 19 yanvarda elan edilib. Bolqarıstan Konstitusiyasına görə, prezident istefa verə bilər, bundan sonra vitse-prezident vəzifəsini icra edir və səlahiyyət müddətinin qalan hissəsi üçün vəzifəsində qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş