İlham Əliyevlə Putin Qarabağı müzakirə ediblər

Xəbərlər

01.04.2021 - 14:55

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

 

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc edilib.

 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya dövlət başçıları Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

 

Vəziyyətin ümumiyyətlə sabit olması və atəşkəsə ciddi şəkildə əməl edilməsi məmnuniyyətlə vurğulanıb.

Müəllif: Ayna.az