İlham Əliyev Petr Paveli təbrik edib

Xəbərlər

28.10.2025 - 13:54

Azərbaycan lideri Çexiya Prezidentinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, məktubda deyilir: "Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş