İlham Əliyev onlara fəxri adlar verdi

Xəbərlər

17.08.2020 - 14:52

Tibb sahəsində yüksək peşəkarlığa görə hərbi qulluqçular təltif edilib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilib:

 

“Əməkdar həkim”

 

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

 

“Əməkdar tibb işçisi”

 

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.

Müəllif: Ayna.az