İlginc mesaj: Ərdoğanı devirmək əvəzinə…

Dünya

19.05.2022 - 22:29

Yaxın vaxtlarda maraqlı proseslər baş verəcək

Prezident Ərdoğan hakim AK Partiyanın Məclis Qrupunda daxili və xarici auditoriyaya yönəlik önəmli mesajlar verən çıxış etdi. NATO-dan tutmuş daxili məsələlərədək bir çox mətləblərə toxundu, açıq-aydın fikirlər səsləndirdi. Lakin onun çıxışında çox ciddi gizli məqamlar vardı. Onlar nədən ibarətdir?

2023 mesajı

Prezidentin ilk mesajı 2023-cü il seçkiləri ilə bağlıydı. “Bizim üçün 2023 bir sonluq deyil, böyük və güclü Türkiyə hədəfi üçün bir başlanğıc olacaq”, - dedi.

Amma təkcə bunları söyləmədi. Çıxışının davamında da 2023 seçkilərinin əhəmiyyətindən bəhs edən fikirlər səsləndirdi. Xüsusilə, son dönəmlərdə 2023 seçkiləri ilə əlaqəli mesajlarının dozasını artırmağa başladı. Bəs, buna niyə ehtiyac hiss etdi?

İlk dəfə

Ərdoğan indiyədək etmədiyi bir şeyi etdi. 3 noyabr 2002-ci il seçkilərindən bu yana AKP-nin qatıldığı seçkiləri tək-tək dəyərləndirdi (Yeri gəlmişkən, süleyman Dəmirəl bunu “üzüm salxımı” bənzətməsi ilə izah edirdi).

Gələk Ərdoğanın izahatına:

2002 seçkiləri – güvən və sabitlik axtaran Türkiyənin ayaq səsləri.

2007 seçkiləri – demokratiya və azadlıq hayqırışı.

2011 seçkiləri – Türkiyəyə dönəm adlatma müjdəsi.

2015 seçkiləri – Türkiyəni yenidən qeyri-sabitlik bataqlığına sürükləmək cəhdlərinin tarixin arxivinə atılması.

2018 seçkiləri – çevrilişçilərə və onların arxasındakı güclərə layiqli cavab.

2023 seçkiləri – böyük və güclü Türkiyə hədəfimizin açarı olacaq.

Baydenin adamları

Ərdoğan çıxışının bu hissəsində bir nöqtəyə gəldi. Bu mənzərədən narahat olanların varlığına diqqət çəkdi: “Bu qüvvələr ölkə daxilində öz ssenarilərinə uyğun rollara namizəd olan siyasətçi, vətəndaş cəmiyyəti fəalı, iş adamı, media nümayəndəsi qiyafəli aktyorlar tapırlar”.

Buradakı ünvan aydındır – Kamal Kılıçdaroğlunu və müxalif mediada son zamanlar ortaya çıxan tipləri nəzərdə tutur. Amma əsl mesaj bu sözlərindən arxasından verildi: “Xatırlayırsınızsa, bölgəmizdə ən çox problem yaşadığımız dövlətlərdən birinin rəhbəri bir müddət əvvəl Türkiyədə iqtidarı dəyişdirmək üçün birlikdə çalışdıqları qüvvələr olduğunu söyləmişdi”.

Bu açıqlama sizə tanış gəlirmi? ABŞ Prezidenti Bayden səsləndirmişdi, “Müxalifətlə əl-ələ verib Ərdoğanı devirəcəyik” demişdi.

2023-ün anlamı

Ərdoğan 2023 seçkilərinə yönəlik layihənin Vaşinqton ayağını ortaya çıxardıqdan sonra fikrinə belə davam etdi: “2023-də bunların üzündəki maskaları çıxaracaq, oyunlarını pozacaq və hamısını siyasət arxivinin tozlu rəflərinə yerləşdirəcəyik. Təşkilatlarımıza, millət vəkillərimizə, bələdiyyə sədrlərimizə dəfələrlə əhalinin arasında olmalarını, xalqın könlünü qazanmaq üçün yorulmadan çalışmalarını tövsiyə etməyimin səbəbi budur”.

İki kilo pomidor

Ərdoğanın çıxışının sətirləri arasındakı mesajların diqqətlə araşdırılmasının vacibliyinə toxunmağımın qayələrindən biri bu idi. Prezidentin 2023 seçkilərinin bu cəhətinə bağlı xəbərdarlıqlarına daha çox ehtiyac var. Əvvəlkilər “istehkam qurmaq” deyirdilər. Ərdoğanın mesajı isə budur: “2023 məsələsi iki kilo pomidor məsələsi deyil, Bayden məsələsidir”.

Bu mesajlar kimə ünvanlanıb?

Ərdoğanın SADAT mövzusunda verdiyi açıqlamalar çıxışının tam mətnində yer alıb. Mən SADAT-la bağlı hissənin sonunda verdiyi mesaja diqqət çəkmək istəyirəm.

Kılıçdaroğlunun gizli bir şəkildə SADAT-ın qapısına dayanması bizim üçün sürpriz olmuşdu. Amma Ərdoğan “Bu çıxışın mətninin haradan gəldiyini, nəyə hesablandığını, niyə indi edildiyini çox yaxşı bilirik” dedi.

MİT-in TIR-ları

Kılıçdaroğlu eyni rolu Milli Kəşfiyyat Təşkilatının (MİT) TIR əməliyyatı zamanı da oynamışdı. Türkiyəni beynəlxalq cinayət məhkəməsində ittiham etdirməyə çalışan FETÖ-nün MİT TIR-ları əməliyyatının siyasi qanadını Kılıçdaroğlu üzərinə götürmüşdü.

Bu səbəbdən Ərdoğan “Bir daha və bütün qəlbimlə deyirəm ki, istəyinizə çatmayacaqsınız” deməklə, əcəba, kimi nəzərdə tutduğunu düşünməmək mümkün deyildi. Bəllidir ki, bu, Kılıçdaroğluna deyil, onu SADAT-ın qapısına göndərən qüvvəyə meydan oxumaqdır.

İkinci adam

Ərdoğandan ikinci bir həmlə gəldi: “Çevrilişçilər, terror təşkilatları, gizli siyasi-iqtisadi çevrələr vasitəsilə həyata keçirə bilmədiyiniz niyyətinizi Bay Kamal kimi karikatura tipi vasitəsilə heç həyata keçirə bilməzsiniz”.

Ərdoğan dövlət başçısıdır. Əlində hansı məlumatların olduğunu bilmirəm, amma boşuna danışmadığından əminəm. Onun Kılıçdaroğlunun arxasındakı qüvvələrə mesaj verdiyi aydındır.

Kritik mesaj

Bu mesaın bir ikinci ayağı vardı: “Oturun, bizimlə necə əməkdaşlıq edə biləcəyinizi götür-qoy edin. İnanın ki, bu, sizing üçün daha rahat və doğru olanıdır”.

Yəni, Türkiyə ilə çəkişmək yerinə, anlaşmaq yolunu seçin, əməkdaşlıq edin – Ərdoğanı “silmək” əvəzinə onunla işbirliyi yaradın.

Prezidentin mesajının kuliminasiya nöqtəsi budur!

Görək, Ərdoğanın mesajı necə dəyərləndiriləcək. Bunu yaxın günlərdə baş verəcək proseslər göstərəcək.

Müəllif: Abdulkadir Selvi,

Mənbə: hurriyet.com.tr

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli