İl ərzində 1253 məhbus vaxtından əvvəl şərti azadlığa buraxılıb

Xəbərlər

10.08.2020 - 14:36

cedabet dərman SEO Xidməti

Onların 983 nəfəri pandemiya dövründə azadlığa çıxan məhkumlardır

 

 “2020-ci ildə 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb”. AYNA xəbər verir ki, bunu Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq mövzusunda keçirilən canlı yayımda İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib.

 

Hüquq müdafiəçisi qeyd edib ki, iyulun sonuna olan məlumatlara görə, onların 983 nəfəri pandemiya dövründə azadlığa çıxan məhkumlardır.

 

“Bundan əvvəl də cənab Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkum azadlığa çıxıb. Cənab Prezidentin verdiyi sərəncamla alternativ cəzalardan istifadə olunmağa başlayıb, bu da cəmiyyətimizdə xəta törədən insanlarda inam yaradıb ki, onlar öz həyatlarını yenidən qura bilsinlər”, - deyə Bənənyarklı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş