Onların meyitləri çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Ağdaşda iki nəfər azyaşlı su kanalında boğulub. AYNA bu barədə APA- Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.
Nazirliyin, "112" qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan, 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.