Jurnalist sabah Masazır qəbiristanlığında dəfn ediləcək
Ukraynanın Kiyev şəhərində qəfil ürəktutmasından 48 yaşında dünyasını dəyişən azərbaycanlı jurnalist, hərbi reportyor İdrak Camalbəylinin cənazəsi bu gün saat 16:00-da Bakıya çatacaq. AYNA xəbər verir ki, bu barədə jurnalistin dostu, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı bildirib.
“Cənazə Bakı vaxtı ilə saat 16:00-da TK-0340 reysi ilə Bakıya çatacaq. Jurnalistin nəşi hava limanından birbaşa Məhəmmədi kəndinə aparılacaq. Dəfn mərasimi aprelin 2-də Masazır qəbristanlığında olacaq”, - deyə Q.Osmanlı vurğulayıb.
Qeyd edək ki, İ.Camalbəyli 3 gün əvvəl Kiyevdə qəfl ürəktutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!