Həkim-əczaçı ittifaqının məcburi məsləhəti: <font color=red> Hiylə, yoxsa məlumatsızlıq?</font>

Cəmiyyət

02.10.2019 - 19:00

Həkimlər Klinikalar SEO Xidməti

“Dəfələrlə şahidi olmuşuq ki, xəstə göbələk əleyhinə preparat qəbul  etmədiyinə görə, həkim tərəfindən tənbeh olunub”

 

Məlum olduğu kimi, antibiotik müalicəsi təyin olunan pasiyentə, həkim paralel olaraq göbələk əleyhinə dərman da yazır. Bunu əksəriyyət zəruri tədbir kimi qəbul edir. Lakin heç də hər zaman zəruri və məsləhət deyilmiş...

 

Dermatoloq Vaqif Abdullayevin AYNA-ya verdiyi məlumata görə, hər antibiotik təyin olunanda göbələk əleyhinə dərman (Flukanazol) qəbul etmək lazım deyil: “Həkimlər bir qayda olaraq pasiyentlərə bunu göstəriş kimi yazırlar. “Disbakterioz (psevdomembranoz kolit) olacaqsan” deyirlərsə, ondan xilas yolu “Flukanazol” deyil. Bu dərman göbələk yarananda istifadə oluna bilər. Çünki heç kəs antibiotik qəbuluna görə göbələk infeksiyasına yoluxmur. Yəni həmin dərman göbələk əleyhinə profilaktik tədbir kimi istifadə oluna bilməz”.

Raminə Eyvazqızı