Mehriban Əliyeva: “Ölkəmizə davamlı inkişaf arzulayıram”

Cəmiyyət

18.10.2019 - 12:35

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AYNA xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.

 

"Əziz həmvətənlər! Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram", - deyə Mehriban Əliyeva yazıb.

Müəllif: Ayna.az