İçində sürücü olan avtomobil buzun altında qaldı

Dünya

24.01.2020 - 07:07

Həkimlər Klinikalar SEO Xidməti

Polislər avtomobilin arxa pəncərələrini sındıraraq sürücünü xilas ediblər

 

Rusiyanın Saratov vilayətində avtomobil buzun altında qalıb.

 

AYNA-nın Oxu.az-a istinadən xəbərinə görə, sürücü idarəetməni itirərək buz bağlamış Tereşka çayı üzərinə çıxıb.

 

Bu zaman buz aralanıb və avtomobil çaya düşərək buzun altında qalıb.

 

Qapılar bloklandığı üçün avtomobildən çıxa bilməyən sürücü dərhal zəng edərək polisə xəbər verib və onlar gələnə qədər belinə kimi buzlu suda qalıb.

 

Hadisə yerinə gələn polislər avtomobilin arxa pəncərələrini sındıraraq onu xilas ediblər.

 

Bundan sonra həmin şəxsi xidməti avtomobillərinə qoyan polislər ona ilk yardım göstəriblər.

 

Sürücünün vəziyyətinin yaxşı olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş