Husilərin Qırmızı dəniz üzərində 3 PUA-sı vurulub

Dünya

12.05.2024 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ əsgərləri şənbə günü Qırmızı dəniz üzərində husilərə məxsus üç pilotsuz təyyarəni məhv edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“Mayın 11-də Səna vaxtı ilə səhər saat 4:30-dan 4:45-ə qədər ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazilərdən Qırmızı dəniz üzərindən buraxdığı üç pilotsuz uçuş aparatını müvəffəqiyyətlə məhv edib”, - Komandanlığın məlumatında qeyd edilib.

CENTCOM həmçinin bildirib ki, cümə günü axşam ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarəsi daha bir husi pilotsuz təyyarəsini vurub.

Missiya qeyd edib ki, PUA-ların hücumları nəticəsində gəmilərə heç bir ziyan dəyməyib və ya itki yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş