Husilərdən Rusiya və Çin gəmiləri barədə bəyanat

Dünya

19.01.2024 - 11:56

cedabet dərman SEO Xidməti

“Biz onların gəmilərinin Qırmızı dənizdə keçidinin təhlükəsizliyini təmin etməyə hazırıq”

Qırmızı dənizdə İsraillə əlaqəli gəmiləri hədəfə alan Yəmənin husi üsyançıları Rusiya və Çin gəmilərinə maneəsiz keçid vəd edib. AYNA xəbər verir ki, bu barədə “İzvestiya”ya müsahibəsində “Husi Ənsar Allah” hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buheyti deyib.

“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların dənizdən daşıması təhlükəsi yoxdur. Bundan başqa, biz onların gəmilərinin Qırmızı dənizdə keçidinin təhlükəsizliyini təmin etməyə hazırıq. Çünki sərbəst naviqasiya ölkəmiz üçün mühüm rol oynayır”, - Husilərin nümayəndəsi qeyd edib.

Əl-Buheyti həmçinin hərəkatın ABŞ və Böyük Britaniya ilə birbaşa münaqişəyə girməyə hazır olduğunu açıqlayıb və bu ssenarini “ən yaxşı həll yolu” adlandırıb. O əlavə edib ki, Qərb ölkələrinin Yəməni bombalanması yalnız xalqın birliyinə xidmət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş