Husilər Yəmən sahillərində ticarət gəmisinə hücum ediblər

Dünya

06.02.2024 - 10:54

cedabet dərman SEO Xidməti

Britaniya Hərbi Dəniz Qüvvələri: Gəmiyə ciddi ziyan dəyməyib və xəsarət alan olmayıb

Yəmənin “Ənsar Allah” şiə hərəkatının nümayəndələri Hudeydə limanından 105 kilometr qərbdə ticarət gəmisinə hücum ediblər. Gəmiyə ciddi ziyan dəyməyib və xəsarət alan olmayıb. AYNA xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) “X” sosial şəbəkəsində məlumat yayıb.

“UKMTO Yəmənin Hudeyda şəhərindən 57 dəniz mili qərbində insident barədə məlumat alıb. Gəmi və ekipaj əvvəlcədən təyin olunmuş kursu izləməyə davam edir”, - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş