“İki ölkə arasında münasibətlər gələcəkdə daha da möhkəmlənəcək”
“İrəvan və Tehran arasında əksər məsələlərdə fikir ayrılığı mövcud deyil”. AYNA xəbər verir ki, bu sözləri İranın “Mehr” agentliyinə müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Ermənistanın İranla arasında heç bir anlaşılmazlığı yoxdur.
Hunanyan İranı Ermənistanın əsas tərəfdaşı adlandıraraq, bu əlaqələrin bütün sahələrdə möhkəmlənməsinə ümid etdiyini bildirib.
“İki ölkə arasında münasibətlər gələcəkdə daha da möhkəmlənəcək”, erməni diplomat qeyd edib.