Hadisə nəticəsində 79 nəfər xəsarət alıb
Honkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 128-ə çatıb. AYNA.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə Honkonq Təhlükəsizlik Nazirliyinin rəhbəri Kris Tanq deyib.
Nazir bildirib ki, "Tai Po rayonundakı ictimai yaşayış kompleksində baş verən yanğında ən azı 128 nəfər ölüb, 79 nəfər xəsarət alıb".
O təxminən 200 nəfərin itkin düşdüyü üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Çin Mərkəzi Televiziyası həmin gün Honkonq mənzil kompleksində 90-dan çox insanın həyatına son qoyan yanğının tamamilə söndürüldüyünü bildirib.