Ölkədə bir gün ərzində 147 nəfər müalicə altına alınıb
Hollandiyada son 24 saat ərzində koronavirusa yoluxanların sayı 964 nəfər artaraq 26 min 551-ə, ölənlərin sayı isə 86 nəfər artaraq 2823-ə çatıb.
AYNA xəbər verir ki, bu barədə Hollandiya Səhiyyə Nazirliyinin tabeliyində olan Dövlət Sağlamlıq və Ətraf Mühit institutu məlumat yayıb.
Bununla yanaşı, ölkədə bir gün ərzində 147 nəfər müalicə altına alınıb və xəstəxanaya yerləşdirilənlərin sayı 8729-a çatıb.
Qeyd edək ki, Hollandiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə ölkədə xüsusi karantin rejimi elan edilib.