Hindistanda yol qəzasında 10 nəfər ölüb

Dünya

12.08.2023 - 00:29

cedabet dərman SEO Xidməti

Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib

Hindistanın Qucarat ştatında mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb. Daha 13 nəfər yaralanıb.

AYNA-nın xəbərinə görə, bu barədə NDTV kanalı məlumat yayıb.

Qəza Rajkot-Əhmədabad avtomobil yolunda baş verib. İçərisində 23 nəfərin olduğu mikroavtobus təkəri partladığı üçün idarəetməni itirərək yol kənarında dayanmış yük maşınına çırpılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş