Hindistanda karantin müddəti bir ay da uzadılıb

Dünya

18.05.2020 - 14:35

cedabet Klinikalar SEO Xidməti

Bu ölkədə pandemiya başlayandan bu yana, gündəlik ən yüksək yoluxma qeydə alınıb

 

Avropa ölkələri karantinlə vidalaşdığı, normal həyata döndüyü müddətdə Hindistanda sərt məhdudiyyətlər, küçəyə çıxma qadağası təkrar bir ay müddətinə uzadılıb. Hindistanda pandemiya başlayandan bu yana, gündəlik ən yüksək yoluxma qeydə alınıb. AYNA xarici mediaya əsasən xəbər verir ki, sərt qaydaların tətbiqinə baxmayaraq Hindistanda son sutka ərzində 5 min 242 yoluxma aşkarlanıb.

 

Dünyanın əhali sıxlığı baxımından ikinci ölkəsində ümumi COVID-19 diaqnozu qoyulan 96 min 169 xəstə olub. Hindistan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ümumi ölüm sayı 3029 nəfərə çatıb.

 

Məlumata görə, ən çox yoluxma Mumbay şəhərində və Maharaştra əyalətindədir. Əyalətdə 33 min 53 yoluxma və 1198 ölüm faktı qeydə alınıb. Hindistan Tibbi Araşdırmalar Birliyi ölkə daxilində 2,3 milyon test edildiyini xəbər verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş