Hindistanda gəmidə rus dənizçisinin meyiti tapılıb

Dünya

03.01.2023 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Hindistan polisi: “Ola bilsin ki, dənizçi ürək tutmasından dünyasını dəyişib”

Hindistanın Odişa ştatının Paradip limanında lövbər salan yük gəmisində rus dənizçi ölüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə polis rəisi Axileşvar Sinq bildirib.

“Biz onun yük gəmisinin ekipaj üzvlərindən biri olduğunu öyrəndik. Onun ölüm səbəbi yalnız ekspertizadan sonra məlum olacaq. İlkin araşdırmamıza görə, o, gəminin göyərtəsində qəflətən huşunu itirib. Ola bilsin ki, dənizçi ürək tutmasından dünyasını dəyişib”, - rəis vurğulayıb.

Polis onu da əlavə edib ki, sözügedən şəxs “Al Danah” yük gəmisinin baş mühəndisi olan 1972-ci il təvəllüdlü Sergey Milakovdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş