Hindistanda avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb

Dünya

15.04.2023 - 16:06

cedabet dərman SEO Xidməti

Qəza yerində xilasetmə əməliyyatı başa çatıb

Hindistanın Maharaştra ştatında avtobusun aşaraq xəndəyə düşməsi nəticəsində azı 12 nəfər ölüb, 27 nəfər yaralanıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Yerli polisin məlumatına görə, ümumilikdə salonunda 41 sərnişin olan kommersiya avtobusu Pune şəhərindən Mumbaya gedirmiş.

Qəzetin yazdığına görə, qəza yerində xilasetmə əməliyyatı başa çatıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş