Hindistanda atışma olub, azı 13 nəfər ölüb

Dünya

05.12.2023 - 01:43

Həkimlər Klinikalar SEO Xidməti

Ölən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır

Hindistanın Manipur vilayətində baş verən atışma nəticəsində azı 13 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.

Bildirilib ki, Leythu yaşayış məntəqəsində iki naməlum silahlı qruplaşma arasında atışma olub. Polis bir neçə saatdan sonra hadisə yerinə çata bilib. Hadisə yerində 13 nəfərin meyiti tapılıb, onların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, Manipurda bu ilin mayından bəri etnik münaqişə başlayıb. O vaxt bu ştatdakı meytey etnik qrupunun üzvləri bir sıra imtiyazlarla kasta statusu tələb ediblər. Lakin bu, ştat əhalisinin əksəriyyətini təşkil edən kuki qəbiləsinin etirazına səbəb olub. Mayın əvvəlində kukilərə məxsus təşkilatlar yürüşlər keçiriblər. Bundan sonra iki etnik qrupun nümayəndələri arasında kütləvi toqquşmalar baş verib. Millətlərarası zorakılığın ən aktiv mərhələsi elə həmin ayda baş verib. Bu günə qədər qarşıdurmalarda azı 180 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş