Maldivdə qalan vətəndaşlar xilas edilərək ölkəsinə gətirilib
Hindistan Hərbi Dəniz Qüvvələri Maldivdə qalan vətəndaşlarını xilas edərək ölkəsinə gətirib. AYNA xarici mediaya əsasən xəbər verir ki, bu Hindistanın böyük repartriasiya, yəni vaxtilə başqa torpaqlarda zor gücünə paylanmış məskunlaşmış insanların ölkəsinə dönüşü planının ilk mərhələsidir.
Məlumata görə, ilkin olaraq, Maldivdəki 700-dən çox hindistanlı təxliyə olunacaq. Ötən gün 300 hindistanlı Dubaydan hava yolu ilə geri gətirilib.
Növbəti həftələrdə hökumət 64 reys üzrə 12 xarici ölkədən 15 minə yaxın vətəndaşını gətirməyi planlaşdırır.
Yerli hökumət repartriasiya planı uğurlu olarsa, 1990-cı ildən bu yana Körfəz müharibəsi zamanı Küveytdə olan 170 min mülki insanını da xilas etmək fikrindədir.