Heyli seçicilərin təxminən 63 faizinin dəstəyi ilə paytaxt bölgəsində açıq-aşkar lider olub
ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli Kolumbiya dairəsində Respublikaçılar Partiyasının praymerizində liderdir. AYNA xəbər verir ki, “NBC”nin proqnozlarına görə, Heyli seçicilərin təxminən 63 faizinin dəstəyi ilə paytaxt bölgəsində açıq-aşkar lider olub. Onu 33 faiz geridə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp izləyir.
Tramp bundan əvvəl seçkilərdə rəqiblərindən qisas alacağına söz vermişdi.
“Sizin qələbəniz qisas, azadlığınız bizim mükafatımız, Birləşmiş Ştatların görünməmiş uğuru mənim mütləq intiqamım olacaq. İstədiyim budur: uğur bizim qisasımız olacaq”, - deyə Tramp hədələyib.