Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Xəbərlər

19.11.2026 - 23:07

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.

Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıblar. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Sonra toplanışın proqramına uyğun olaraq şəxsi heyətə Azərbaycan Ordusunun arsenalındakı müasir silah və texnikalar, hərbi-texniki vasitələr barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək, eləcə də müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş