İlham Əliyev Vyetnama rəsmi səfər edib

Xəbərlər

19.11.2026 - 19:12

Prezident və birinci xanımı rəsmi şəxslər qarşılayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.

AYNA.AZ xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş