Yaralılar xəstəxanaya yerləşdirilib: hadisə yerinə polis əməkdaşları cəlb edilib
Gəncədə yol qəzası baş verib.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1991-ci il təvəllüdlü İ. Əliyev və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır