HƏMAS-la İsrail arasında bir həftəlik atəşkəs razılaşdırılıb?

Dünya

20.12.2023 - 10:55

cedabet dərman SEO Xidməti

“Politico”: Bir həftəlik atəşkəs müqabilində Qəzzadan 40 girov azad edilə bilər”

İsrail hökuməti Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının saxladığı israilli girovları azad etmək üçün yeni saziş hazırlayıb. AYNA "Politico"ya istinadən xəbər verir ki, adı açıqlanmayan, amma vəziyyətlə tanış olan məmur mümkün razılaşmanın təfərrüatları barədə danışıb.

Nəşrin məlumatına görə, sövdələşmə 40 girovun, ilk növbədə qadın və uşaqların, habelə tibbi yardıma ehtiyacı olanların azad edilməsi müqabilində anklavda bir həftəyə qədər müvəqqəti atəşkəsi nəzərdə tutur. Bundan əlavə, Qəzzaya əlavə humanitar yardım axını artırılmala bilər.

Qeyd olunub ki, belə bir təklif ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, Mossad rəhbəri və Qətərin Baş naziri arasında Varşavada keçirilən son danışıqlardan sonra elan edilib.

Mənbə danışıqların davam etdiyini, sövdələşmənin hələ rəsmi olaraq bağlanmadığını vurğulayıb.

İsrail hökumət rəsmiləri bu məlumata şərh verməkdən imtina ediblər.

Bundan əvvəl HƏMAS hərəkatının xarici əlaqələr şöbəsinin rəhbəri Bassem Naim hərbi əməliyyatlar zamanı girovların dəyişdirilməsi ilə bağlı hər hansı danışıqlardan imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, hərəkat atəşkəsə nail olmağa töhfə verəcək istənilən təşəbbüsü müzakirə etməyə açıqdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş