ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi hazırda Qətərdədir
“HƏMAS-la girovlarla bağlı Qətərin rəhbərlik etdiyi əvvəlki danışıqlarda əhəmiyyətli uğur əldə edilib. Lakin ciddi maneələr hələ də qalmaqdadır”.
AYNA xəbər verir ki, bu barədə CNN telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Danışıqlar çox yaxşı gedir, irəliləyişimiz var. Hələ də problemlər var, lakin danışıqlar davam edir və biz ümidliyik”, - mənbə bildirib.
Qeyd olunub ki, ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf hazırda Qətərdədir. Leaf girovlarla bağlı danışıqlarda iştirak edir.