HƏMAS İsraillə müvəqqəti atəşkəs razılaşmasını təsdiqləyib

Dünya

22.11.2023 - 10:42

cedabet dərman SEO Xidməti

“Dörd günlük humanitar atəşkəs haqqında razılığa gəldiyimizi elan edirik”

Fələstinin radikal HƏMAS hərəkatı müvəqqəti atəşkəs və fələstinli əsirlərin müqabilində girovların azad edilməsi ilə bağlı İsraillə razılaşmanı təsdiqləyib. AYNA xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub.

“Günlərdir davam edən çətin danışıqlardan sonra Qətər və Misirin yorulmaz və bacarıqlı səyləri sayəsində dörd günlük humanitar atəşkəs haqqında razılığa gəldiyimizi elan edirik”, - deyə bəyanatda bildirilib.

HƏMAS aydınlaşdırıb ki, razılaşma çərçivəsində 150 ​​fələstinli əsirin İsrail həbsxanalarından azad edilməsi müqabilində 50 əsir qadın və uşaq azad ediləcək.

Münaqişə tərəfləri atəşkəs və Qəzza zolağında bütün hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər. Bundan əlavə, anklavın şimal və cənubdakı bütün ərazilərinə yüzlərlə yük maşınının humanitar, tibbi və yanacaq yardımının çatdırılması da təşkil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş