HƏMAS İsrailin atəşkəs təklifinə “yox” deyib

Dünya

09.04.2024 - 13:44

cedabet Klinikalar SEO Xidməti

Fələstin hərəkatı Qəzzada son atəşkəs təklifini rədd edib

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı son təklifini rədd edib. AYNA xəbər verir ki, bu barədə HƏMAS-ın Xarici Ölkələrlə Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Barakə “Reuters”ə şərhində bildirib.

Agentliyin məlumatına görə, İsrail tərəfinin nümayəndələri Qahirədə keçirilən danışıqlarda bu təkliflə çıxış ediblər.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail və HƏMAS arasında məsləhətləşmələrdə çıxış edən vasitəçilər münaqişə tərəflərinə Fələstin anklavında üç mərhələdə həyata keçirilməli olan atəşkəslə bağlı yeni təklif təqdim ediblər.

Qeyd edək ki, aprelin 7-də Qahirədə Qəzzada atəşkəsin yaradılması üzrə danışıqların növbəti mərhələsi başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş