Doha İsrail torpaqlarında həbsdə olan 36 fələstinli qadınla əsirlərin dəyişdirilməsini istəyir
Fələstinin HƏMAS hərəkatı İsraildən olan əsirlərin bəzilərinin İsrail həbsxanalarında saxlanılan fələstinli qadınlarla dəyişdirilməsinə dair saziş bağlamaq niyyətində olduğunu bildirib. AYNA xəbər verir ki, bu barədə “Səda əl-Balad” məlumat yayıb.
Agentliyin məlumatına görə, Qətər nümayəndələrinin fəal vasitəçiliyi ilə danışıqlar aparılır.
Doha İsrail torpaqlarında həbsdə olan 36 fələstinli qadınla əsirlərin dəyişdirilməsini istəyir.
Daha əvvəl əsir götürülən israillilərin sayı barədə dəqiq məlumat məlum olub. HƏMAS-ın yüksək rütbəli rəsmisi Musu Əbu Marzuka bildirib ki, qadınlar, qocalar və uşaqlar da daxil olmaqla azı 130 israilli HƏMAS və terrorçu kimi tanınan İslami Cihad qruplaşması tərəfindən əsir götürülüb.