Şəkil "Ron Arad" başlığı ilə yayımlanıb
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında cihadçıların əlində qalan girovların qrup şəklinddə fotosunu dərc edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hər şəklin altında bir başlıq var: "Ron Arad 2", "Ron Arad 3" və s. Bu, 1988-ci ildə Livanda itkin düşmüş israilli pilot Ron Aradda bağlıdır. Siyahıda birinci Ron Aradın özünün şəklidir.
Altyazıda HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunun danışıqlardan imtina etməsi səbəbindən "vida şəklini" dərc etdiyi bildirilib.
Qrupun bəyanatında qeyd olunub ki, girovlar Qəzza zolağına səpələnib və HƏMAS "onların təhlükəsizliyinin qayğısına qalmağı İsraildən daha çox öz vəzifəsi hesab etmir". HƏMAS bəyan edib: "Onlar bombaladığınız hər yerdə ola bilərlər ".
İsrail hakimiyyətinin son məlumatlarına görə, terrorçuların əlində 48 girov qalıb. Onlardan 47-si 7 oktyabr 2023-cü ildə əsir götürülüb.