Penitensiar Xidmət və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə əməliyyat keçirib.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.