Hava şəraiti ilə əlaqədar ölkə polisinə müvafiq göstərişlər verilib

Xəbərlər

13.01.2024 - 20:36

Xidmətə əlavə canlı qüvvə və texnika çıxarıla bilər

Yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.

Bu barədə AYNA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Sürücülər sürət həddini hava şəraitinə uyğun tənzim etməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.

Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş