Təxirəsalınmaz tədbirlər görülür
Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər. “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Qeyd edək ki, hadisənin səbəbləri araşdırlır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.