Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Cəmiyyət

03.09.2022 - 17:38

Həkimlər Klinikalar SEO Xidməti

Yağıntılarla əlaqədar çaylarda sululuq artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən AYNA-ya bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.

Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.

Küləkli hava şəraiti 7-si gündüzədək davam edəcək.

Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.

6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş