Haramı dağında palçıq vulkanı püskürüb

Hadisə

30.01.2026 - 18:52

Bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib

Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib.

Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş