Azərbaycanda 15 yaşlı qız qaçırılıb

Hadisə

09.09.2019 - 15:56

Hazırda faktla bağlı araşdırma aparılır

 

Bakıda qızqaçırma hadisəsi baş verib. AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

 

Sentyabrın 8-i saat 11:00 radələrində Mehbarə Vəliyeva Xəzər Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2004-cü il təvəllüdlü qızı Y.Mansirova Xəqani adlı gənc tərəfindən qaçırılıb.

 

M.Vəliyeva polisə müraciətində qeyd edib ki, Xəqani qızını evlənmək məqsədilə qaçırıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az