Hamburq məhkəməsi “Lufthansa” şirkətinin iddiasını təmin edib

Dünya

26.11.2025 - 10:03

Ətraf mühit fəalları 403.000 avro ödəməli olacaqlar

Hamburq məhkəməsi "Son nəsil" ətraf mühit hərəkatının on fəalına 2023-cü ildəki etirazları zamanı dəymiş ziyana görə “Lufthansa” şirkətinə kompensasiya ödənilməsi barədə qərar çıxarıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin iyul ayında "Son nəsil" fəalları Hamburq hava limanındakı təhlükəsizlik zonasına soxularaq uçuş-enmə zolaqlarının yaxınlığında yerə yapışıblar. Nəticədə hava limanı bir neçə saat ərzində tamamilə bağlanıb və bu da bayram mövsümünün pik dövründə onlarla uçuşun ləğv edilməsinə səbəb olub.

Hamburq məhkəməsi “Lufthansa” şirkətinin iddiasını təmin edib və on fəala 403.000 avrodan çox kompensasiya ödəmək barədə qərar çıxarıb.

Bildirilib ki, məbləği ödəməmək iki ilə qədər həbs cəzası ilə nəticələnəcək.

Bundan əlavə, fəallar 700 min avro məbləğində müəyyən edilmiş mülki işin hüquqi xərclərini ödəməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş